AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib

AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
10-cu turun "Sabah" – "Zirə" oyununda "Zirə"nin futbolçusu çoşqun Diniyev 84-cü dəqiqədə ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına, qırımızı vərəqə alaraq meydançanı tərk etdikdən sonra stadionun giriş qapısının şüşəsini sındırdığına görə İntizam Məcəlləsinin 33-cü maddəsi nəzərə alınmaqla 1 oyun cəzalanır, klubu 2400 manat cərimə olunur (33-cü maddə tətbiq olunmaqla 47.2-ci və 65.1-ci maddələr). Stadiondakı əmlaka çoşqun Diniyev tərəfindən dəymiş zərər "Zirə" klubu tərəfindən stadion sahibinə kompensasiya edilsin. (maddə 65.2).
 
XI turun "Səbail" – "Şamaxı" oyununda "Səbail"in futbolçusu Tural Bayramlı 42-ci dəqiqədə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klubu 1600 manat cərimə olunur (maddə 36.1).
 
XI turun "Neftçi" – "Sabah" oyununda "Neftçi"nin futbolçusu İsmayıl Zülfüqarlı 75-ci dəqiqədə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klubu 1600 manat cərimə olunur (maddə 36.1).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest