İngiltərənin "Liverpul" komandasının baş məşqçisi Yurgen Klopp UEFA çempionlar Liqasında yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, 55 yaşlı mütəxəssis buna Mersisayd təmsilçisi ilə qitənin bir nömrəli klub turnirində ardıcıl 6-cı dəfə pley-offa yüksəlməklə nail olub.
 
"Liverpul" qrup mərhələsinin 5-ci turunda Niderlandda "Ayaks"a 3:0 hesabı ilə qalib gələrək adını 1/8 finala yazdırıb.
 
Yurgen Klopp 2015-ci ildən İngiltərə klubunda işləyir. Onun müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatmalıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest