İtaliyanın "Yuventus" klubu 9 ildən sonra UEFA çempionlar Liqasında 1/8 final mərhələsinə vəsiqə qazana bilməyib. Matc.az xəbər verir ki, Massimiliano Alleqrinin baş məşqçi olduğu komanda çL-in qrup mərhələsinin 5-ci turunda Portuqaliyada "Benfika"ya 3:4 hesabı ilə uduzub.
 
Turin təmsilçisi son olaraq 2013/14 mövsümündə uğursuzluqla üzləşmişdi. "Yuventus" həmin vaxtdan sonra ardıcıl 8 mövsüm idi pley-offda iştirak edirdi.
 
H qrupunda 3 xalla 3-cü pillədə qərarlaşan "qoca sinyora" sonuncu turda Fransa çempionu PSJ-ni qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest