"Real"ın yarımmüdafiəçisi Luka Modriç UEFA çempionlar Liqasının (çL) qrup mərhələsinin 5-ci turunun "Leyptsiq"lə səfər matçı üçün komandanın heyətindən çıxarılıb. aMatc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə futbolçu komanda ilə Almaniyaya uçmalı olsa da, son anda adı iştirak ərizəsindən çıxarılıb. Bunun səbəbləri hələlik açıqlanmayıb.
 
Xorvatiyalı futbolçu bu mövsüm çempionlar Liqasında 3 oyuna çıxıb, 1 qol vurub.
 
"Leyptsiq" – "Real" matçı oktyabrın 25-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest