Futbol üzrə UEFA çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

Matc.az xəbər verir ki, "11-lik"də "Liverpul"dan 3, "Makkabi"dən (Hayfa) 2, digər 6 komandadan isə hərəyə 1 futbolçu yer alıb.

Qapıçı: Dioqo Kosta ("Portu", Portuqaliya);

Müdafiəçilər: Tangi Kuassi ("Sevilya", İspaniya), Antonio Rüdiger ("Real", İspaniya), Pyer Kornyu ("Makkabi");

Yarımmüdafiəçilər: Omer Atsili ("Makkabi"), Qaleno ("Portu", Portuqaliya), Leon Qoretska ("Bayern", Almaniya), Son Hın Min ("Tottenhem", İngiltərə);

Hücumçular: Məhəmməd Salah, Roberto Firmino, Dioqo Jota (hamısı "Liverpul", İngiltərə).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest