Sabah Misli Premyer Liqasında II dövrəyə start veriləcək. Matc.az xəbər verir ki, "Qəbələ" turun ilk günündə meydana çıxacaq. "Qırmızı-qaralar" səfərdə "Şamaxı" ilə görüşəcək.
 
Oktyabrın 14-dəki matç Şamaxı şəhər stadionunda keçiriləcək. Bu matç komandalar arasında 62-ci qarşılaşma olacaq. İndiyədək rəqiblər ümumilikdə 61 dəfə üz-üzə gəlib. 21 dəfə qalib gələn "Qəbələ" 19 heç-heçə edib. Digər 21 qarşılaşmada bakılılar qalib gəlib. Rəqib qapısından 68 top keçirən "Qəbələ" futbolçuları 80 qol buraxıblar. "Qəbələ"də Daniel Subotiç daha çox - 5 qol vurub. 
 
"Qırmızı-qaralar" "Şamaxı" ilə Premyer Liqada 57-ci dəfə görüşəcək. çempionatda 18 qələbə və 19 heç-heçəsi olan "Qəbələ" eyni sayda məğlubiyyət alıb. "Şamaxı" top fərqində də üstündür – 73-61.
 
"Qəbələ" 30-cu dəfə "Şamaxl" ilə rəqib meydanında görüşəcək. 10 səfər qələbəsi olan "qırmızı-qaralar" 6 heç-heçə edib və 13 dəfə uduzub. Rəqib meydanında 32 qol vuran "Qəbələ" futbolçuları 48 top buraxıblar.
 
Xatırladaq ki, oktyabrın 14-də keçiriləcək "Şamaxı" - "Qəbələ" oyununa saat 15:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest