PSJ UEFA çempionlar Liqasının qrup mərhələsində ardıcıl 42 matçdır qol vurur. Matc.az xəbər verir ki, Paris klubu son olaraq çL-in qrup mərhələsinin 4-cü turunda "Benfika" ilə qarşılaşmadan 1:1 hesablı heç-heçə ilə ayrılıb.
 
PSJ sonuncu dəfə 2015-ci ilin oktyabr və noyabr aylarında, "Real"la matçlarda qol vura bilməyib.
 
PSJ qrup mərhələsində H qrupuna başçılıq edir. Fransa təmsilçisi 2 qələbə qazanıb və 2 heç-heçə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest