Bu gün Misli Premyer Liqasında IX tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə turun mərkəzi matçında "Qəbələ" "Qarabağ"ı qəbul edib. Ağdam təmsilçisi səfərdə minimal hesabla üstün olub.

Son oyun isə "Sabah"la "Kəpəz" arasında baş tutub. ötən tur "Şamaxı"nı tək qolla üstələyən "Sabah" Gəncə təmsilçisini 5 cavabsız qolla yenib.

Daha öncə "Zirə" "Şamaxı"ya, "Səbail" "Sumqayıt"a eyni hesabla (1:0) qalib gəlib. "Neftçi"nin "Turan Tovuz"la ev oyununda isə qapılara qol vurulmayıb.

Misli Premyer Liqası
IX tur
9 oktyabr

"Qəbələ" – "Qarabağ" 0:1
Qol: F.Ozobiç, 58.
Qırmızı vərəqə: İ.Qırtımov, 43.
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli.
Qəbələ şəhər stadionu, 17:00.

Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 7. Rövlan Muradov, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 91. Ramon Maçado, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
Qarabağ: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 20. Kadi Borges, 11. Kvabena Ovusu.
Baş məşqçi: Qurban Qurbanov.

"Sabah" – "Kəpəz" 5:0
Qol: C.L.Mikels, 22. A.Kaşuk, 39; 52. A.Nuriyev, 42. N.Ələskərov, 82.
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əli Əliyev.
Masazır. "Bank Respublika Arena", 19:30.

Sabah: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samiqullin, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 6. Abdulah Xaybulayev, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 18. Davit Volkov.
Baş məşqçi: Murad Musayev.
Kəpəz: 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov (k), 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 2. Zamiq Əliyev, 5. Peyman Keşavarzi, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 24. Mixeil Erqemlidze, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 1. Müşviq Nadirov, 8. Tural Axundov, 32. Elvin Yunuszadə, 80. Tural Rzayev, 77. Fərid Nəbiyev, 37. Ruslan Süleymanov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 78. Yeqor Xvalko.
Baş məşqçi: Tərlan Əhmədov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest