Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi yığma komandaların bombardirləri siyahısında üçüncü pilləyə yüksəlib. Matc.az xəbər verir ki, argentinalı hücumçu sentyabrın 28-də Yamayka ilə görüşdə (3:0) dubl edib.
 
Messinin Argentina yığmasında 90 qolu var və malayziyalı Moxtar Daharı (89) qabaqlayır.
 
Milli komandadakı qol sayına görə rekord portuqaliyalı Kristiano Ronaldoya məxsusdur (117). İkinci yeri iranlı Əli Daei (109) tutur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest