İtaliyanın "Cenoa" klubu baş məşqçisi Andrey Şevçenko ilə müqaviləni pozub. Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
Ukraynalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. 46 yaşlı məşqçi 2021-ci ilin noyabrından dekabrınadək A Seriyası təmsilçisinə rəhbərlik edib. Komanda onun başçılığı altında 7 oyunda uduzub, 3 qarşılaşmada heç-heçə edib, 1 dəfə isə qalib gəlib.
 
"Cenoa" ötən ilin sonunda Şevçenkonu istefaya göndərdiyini açıqlamışdı. Amma ukraynalı mütəxəssis vəzifəsindən kənarlaşdırılsa da, onun klubla müqaviləsi davam edirdi.
 
"Cenoa" ötən mövsümün sonunda B Seriyasına düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest