"Son günlər sərhəddə yaranan vəziyyətlə bağlı bütün komanda narahatdır. Bəlkə də mən hamıdan daha çox nigaranam. çünki qardaşım da ön xətdədir". Matc.az xəbər verir ki, bu fikirlər "Kəpəz"in futbolçusu Zamiq Əliyevə məxsusdur.
 
Klubun mətbuat xidmətinə açıqlamasında gənc futbolçu bildirib ki, günü dövlət sərhədində təxribat zonasında baş verən xəbərlərə baxmaqla keçir:
 
"Ordumuz, o cümlədən qardaşım üçün hər gün dua edirəm. Allah hərbçilərimizi qorusun. Onlarla fəxr edirik. Vətən uğrunda şəhid olanlara Allahdan rəhmət diləyirəm, qazilərin canı sağ olsun, tezliklə sağalsınlar. Şəhid ailələrinin acısını bir az da olsa, azaltmaq üçün nə lazımdırsa, etməyə hazıram. İnşallah, tezliklə çətin günlər arxada qalar". 
 
Müdafiəçinin sözlərinə görə, mövcud vəziyyətdə oyunlara hazırlaşmaq çətinlik yaradır. Amma peşəkar futbolçu kimi üzərinə düşəni etməyə çalışır: "Deyim ki, məşq etmək çox çətindir. Hər gün şəhid xəbərlərini eşitmək ağırdır. Göz yaşları insana acı verir. Bu vəziyyətdə bizim işimiz məşq edib oyunlara çıxmaqdır. Qarşıda çətin görüşümüz var. "Şamaxı" ilə matça köklənmişik. Komanda olaraq ilk qələbəmizi qazanmaq istəyirik. üç xala ehtiyacımız var. Qalib gəlməyi fikirləşirik. Başqa yolumuz yoxdur".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest