"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 7-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, rumıniyalı mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Müharibədə canından keçən əsgərlərə Allahdan rəhmət, ailələrinə isə səbr diləyirəm. Bu gün 3 xal qazanmaq bizim üçün vacib idi. çox yaxşı oynadıq. Bütün komandalar bizimlə matçlara mox motivasiyalı və aqressiv başlayırlar. Bəzən bizdə də problemlər yaranır. İlk hissədə epizodları qola çevirə bilməsək də, ikinci yarıda istədiyimiz oyunu göstərdik. Oyundan razıyam və 3 xala görə şadam".
 
O, hücumda şans verdiyi Gilyerme Patonun həmin mövqenin oyunçusu olmadığını yaxşı başa düşdüyünü söyləyib: "Aqressiv və təhlükəli futbolçudur. Yaxşı sürətə malikdir. Bu gün rəqibimiz son 15 dəqiqədə oyunu açdı. Buna görə də Patonu meydana buraxdım ki, boşluqlardan istifadə etsin".
 
47 yaşlı mütəxəssis Yeqor Boqomolskinin çıxışına da toxunub: "Meydanda həm qaçdı, həm də mübarizə apardı. Amma qol epizodunda düzgün qərar vermədi, çox yaxşı oyunçudur. Milli komandanın düşərgəsindən qayıtdıqdan sonra onun üzərində işləmək üçün vaxtımız olacaq".
 
Baş məşqçi Aqil Məmmədov və İvan Brkiç kimi bərabər səviyyəli qapıçılara malik olduqları üçün sevindiyini qeyd edib: "Hər ikisi məşqlərdə ciddidir. Kimə ehtiyacım varsa, ondan da istifadə edə bilirəm".
 
Regekampf Fərid Yusiflinin erkən əvəzlənməsinə də aydınlıq gətirib: "Gənc futbolçudur. Oyuna motivasiyalı başlamışdı. Məşqlərdə yaxından izləyirəm və onu çox istəyirəm. Bəzi şeyləri öyrənməlidir. Onu sərgilədiyi oyuna görə yox, sarı vərəqə aldığı üçün əvəzlədim. Bir az aqressiv oynayırdı. Gənc futbolçudur, əvəzlənməsinin səbəbini ona izah etdim".
 
O, son vaxtlar qeyri-sabit çıxışı ilə diqqət çəkən Kenni Sayefin komandası üçün çox vacib oyunçu olduğunu vurğulayıb: "Bir neçə gün öncə bəxtsizlik oldu və məşqdə burnu sındı. 1 həftəyə yaxın məşq edə bilmədi. Bəxtimiz gətirib ki, çempionatdakı fasilə zamanı çatışmazlıqların üzərində işləyəcəyik. ümid edirəm ki, fasilə bizim üçün faydalı olacaq. Eddi İsrafilovun da bəzi problemləri var. Milli komandanın düşərgəsinə getməlidir. Dincəlmək üçün vaxtı olmayacaq".
 
Mütəxəssis növbəti turda "Qarabağ"a qarşı keçirəcəkləri matçdan da söz açıb: "Asan oyun olmayacaq. Onların avrokuboklardakı çıxışı mükəmməldir. Dünən "Nant"a qarşı yaxşı oyun göstərdilər. Bilirəm ki, bu, böyük stresdir. Bütün futbolçular çox motivasiyalı olacaq. Bu görüşə hazırlaşmaq üçün vaxtımız var. Hazırda nəticə elə də önəmli deyil. öz aramızda çox sayda matçlar olacaq. önəmli olan uduzmamaqdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest