Bu gün Misli Premyer Liqasında VII tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçirilib.

Günün ilk matçında "Sabah" "Turan Tovuz"u qəbul edib. İlk dəfə Premyer Liqada üz-üzə gələn bu komandaların görüşündə meydan sahibləri inamlı qələbəyə seviniblər.

Günün digər oyununda isə 15 xalla 2-ci pillədə yer alan "Neftçi" 5 xalla 7-ci sırada gedən "Səbail"in qonağı olub. Bu görüş isə qonaqların inamlı qələbəsiylə yekunlaşıb.

Sentyabrın 17-də "Qəbələ" – "Sumqayıt" oyunu, bir gün sonra isə "Kəpəz" – "Şamaxı" və "Zirə" – "Qarabağ" matçları baş tutacaq.

Misli Premyer Liqası
VII tur
16 sentyabr

"Sabah" – "Turan Tovuz" 3:1
Qol: D.Volkov, 15. C.L.Mikels, 34. E.Camalov, 90+6-pen – R.Eva, 81.
Qırmızı vərəqə: Ş.Seyidov, 39.
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Kamran Bayramov, Kamranbəy Rəhimov.
Masazır. "Bank Respublika Arena".

Sabah: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 6. Abdulah Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 30. Nemət Şıxəmirov, 22. Seymur Məmmədov.
Məşqçi: Vitali Korneyev.
Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 99. Veysəl Rzayev, 55. Xulu Siyanda, 17. Natan Oduva, 19. Runi Eva, 5. Ben Aziz Dao.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 6. Turan Vəlizadə, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 9. İmeda Aşortiya, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.

"Səbail" – "Neftçi" 0:2
Qol: E.Mahmudov, 53. G.Pato, 83.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
Bakı. "ASCO Arena".

Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 22. Samir Abdullayev, 27. Emil Martinov, 30. Franko Mazurek, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa, 4. Maksim çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk.
Baş məşqçi: Mahmud Qurbanov.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 3. Mamadu Mbodj, 5. Kenni Sayef, 7. Azər Əliyev, 24. Yusuf Laval, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Əlirza Müştəbazadə, 17. Rəhman Hacıyev, 26. ömər Buludov, 2. Mert çelik, 20. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 37. Elton Əlibəyli, 97. Elşad Tağıyev, 78. Elcan Əbilov, 4. Solomon Kverkveliya, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest