Bu həftə Misli Premyer Liqasında VII turun matçları keçiriləcək. Matc.az xəbər verir ki, ikinci oyun günündə meydana çıxacaq "Qəbələ" "Sumqayıt"la üz-üzə gələcək.
 
Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma iki rəqib arasında 43-cü duel olacaq. 
 
Komandalar indiyədək 42 dəfə qarşılaşıb. "Qırmızı-qaralar" əvvəlki matçlarda üstünlüyə malikdir. Hesabında 24 qələbə olan "Qəbələ" 13 bərabərlik edib və 5 dəfə məğlub olub. Rəqib qapısından 66 top keçirən bu komanda 30 qol buraxıb. "Sumqayıt"ın qapısına Viktor Mendi hamıdan çox – 7 top vurub.
 
Premyer Liqa çərçivəsində baş tutan 39 görüşdə 22 dəfə üç xal qazanan "Qəbələ" 12 sülhə imza atıb. 5 matçda isə "Sumqayıt" qalib gəlib. çempionat oyunlarındakı top fərqi 63-29-dur.
 
22-ci dəfə öz meydanında "Sumqayıt"ı sınağa çəkəcək "Qəbələ" evdə 14 qələbə qazanıb, 6 heç-heçə edib və 1 dəfə məğlub olub. öz meydanında 37 top vuran  "Qəbələ" 13 qol buraxıb.
 
Xatırladaq ki, sentyabrın 17-də Qəbələ şəhər stadionunda baş tutacaq bu görüşə saat 19:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest