"Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 6-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib

"Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 6-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:4 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Uşaqlara bu gün göstərdikləri xarakterə görə təşəkkür edirəm. Azlıqda oynadıq. Buna baxmayaraq, intizamı qoruduq. Bu rəqibə qarşı oynamaq çətindir. Yenə də futbolçularıma təşəkkür edirəm".
 
Rusiyalı mütəxəssis hakimlik haqqında bunları söyləyib: "Matça yenidən baxmaq lazımdır. Mübahisəli anlar var idi. 4-cü qoldan əvvəl sanki top rəqibdən çıxmışdı. Görüşə baxdıqdan sonra nəsə demək olar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest