"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 6-cı turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri səfər oyununu şərh edib.

"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 6-cı turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri səfər oyununu şərh edib. Matc.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Komandanı qəbul edəndə bəzi oyunlara baxıb gördüm ki, potensial var. Nəsə etmək olar. Bu gün bunun bir daha şahidi oldum. üstünlük bizdə olsa da, yaxşı oynayıb, məğlub olduq. Futbolda bəzən belə olur, yaxşı mübarizə aparıb, uduzursan. Kaş ki, pis oynayıb, qalib gələrdik. Uşaqlar göstərdilər ki, istək var. Yaxşı komanda qurmaq olar. çatışmazlıqlarımız var, görəcəyimiz iş çoxdur. Hücum xəttindəki problem daha qabarıq görünür. Oyun baxımından komanda topa daha çox nəzarət edirdi. çalışırdıq rəqibi topsuz qoyaq, boş zonalar əldə edək. Birinci və ikinci hissədə qol epizodlarımız oldu. Məyus olub, depressiyaya qapanmaq olmaz. Qarşıda oyunlar var. Komandanı qışa qədər yaxşı hazırlamaq bizim borcumuzdur".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest