"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Qərb derbisi çərçivəsində "Turan Tovuz"la oyunda Gəncə təmsilçisində debüt oyununa çıxacaq. M

"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Qərb derbisi çərçivəsində "Turan Tovuz"la oyunda Gəncə təmsilçisində debüt oyununa çıxacaq. Matc.az xəbər verir ki, təcrübəli məşqçi klubun mətubat xidmətinə açıqlamasında qarşıdakı görüş ilə bağlı fikirlərini bölüşüb: 
 
"Bir neçə gün ərzində komandada əhval-ruhiyyəni qaldırmağa, qələbə ruhu formalaşdırmağa çalışmışıq. Futbolçuların əhvalı yaxşdır. Kollektivi düşdüyü bu durumdan çıxarmalıyıq. Nəticələr qazanmalıyıq. Zamana ehtiyacımız var. Amma vaxt bizi sıxır. Qərb derbisinin prinsipiallığı məlumdur. Azərbaycan çempionatında 2-3 derbidən biridir. Komandaların elitaya qayıtması ilə bu derbi çempionata rəng qatacaq. Məqsədimiz qarşıdakı görüşdə yaxşı nəticə qazanmaqdır. Bunun üçün hazırlaşmışıq. İşimizi səfərbər etmişik. çətinliklərə baxmayaraq, Gəncə futbolunun əvvəlki əzəmətini qaytarmağa səy göstəririk. Azarkeşlərə sevinc bəxş etmək üçün çalışırıq. Onlar bizə dəstək verirlər, oyunlardan zövq almaq istəyirlər. Zamanla komandamız fanatları nəticələri ilə sevindirəcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest