İsveçrənin "Sürix" klubu "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

İsveçrənin "Sürix" klubu "Qarabağ"a qarşı keçirəcəkləri çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Matc.az xəbər verir ki, baş məşqçi Franko Fodanın siyahısında 20 oyunçu yer alıb.
 
Qapıçılar: 1. Jivko Kostadinoviç, 25. Yanik Brexer;
 
Müdafiəçilər: 2. Lindrit Kamberi, 6. Fidan Aliti, 19. Nikola Boraniyaşeviç, 28. Karol Mets, 31. Mirlind Kryeziu;
 
Yarımmüdafiəçi: 3. Adrian Gerrero, 8. Ole Selnes, 10. Antonio Markesano, 16. Mark Hornşux, 17. Şeyk Konde, 21. Blerim Cemayli, 23. Fabian Roner, 33. Ştefan Zayler, 39. Akakiy Qogia;
 
Hücumçular: 9. İvan Santini, 11. Conatan Okita, Ayequn Tosin, 22. Vilfred Qnonto.
 
"Qarabağ"ın "Sürix"lə ilk matçı iyulun 19-da Bakıda, cavab görüşü isə iyulun 27-də səfərdə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest