"Qarabağ" və İsveçrənin "Sürix" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununun biletləri satışa çıxarılır.

"Qarabağ" və İsveçrənin "Sürix" komandaları arasında keçiriləcək UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununun biletləri satışa çıxarılır. Matc.az xəbər verir ki, azarkeşlər biletləri iyulun 15-də saat 11:00-dan etibarən əldə edə biləcəklər.
 
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Qiymətlər müvafiq olaraq, 5 manat, 10 manat, 20 manat və 50 manatdır.
 
Biletləri Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn qaydada, "Park Bulvar"dakı "Qarabağ" FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), Tofiq Bəhramov adına Respublika stadionun kassalarından (11:00-dan 20:00-dək) əldə etmək olar.
 
İyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya saat 20:00-da start veriləcək. Cavab matçı iyulun 27-də olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest