İsveçrədə "Sürix"lə "Qarabağ" arasında keçiriləcək UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu üçün təyinatlar açıqlanıb.

İsveçrədə "Sürix"lə "Qarabağ" arasında keçiriləcək UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu üçün təyinatlar açıqlanıb. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Letsiqrund" stadionundakı oyunu Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
 
Baş hakim Allard Lindhouta çarlz Sxap və Roy De Nas laynsmanlar qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını Jerön Mansxot yerinə yetirəcək.
 
İyulun 27-də keçiriləcək oyuna saat 21:00-da start veriləcək. İlk görüş iyulun 19-da Bakıda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest