UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Lex" oyunundan öncə baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, əvvəlcə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov media qarşısına çıxacaq.
 
Qurbanovun mətbuat konfransı sabah saat 17:30-da "Azersun Arena"da baş tutacaq. İyirmi dəqiqə sonra isə eyni məkanda komandanın ilk 15 dəqiqəsi açıq olacaq məşqi başlayacaq. 
 
"Lex"in baş məşqçisi Con van den Bromun mətbuat konfransı və polşalıların açıq məşqi isə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Niderlandlı mütəxəssis 18:40-da jurnalistlərin önünə çıxacaq. 19:00-da isə komanda Bakıda son məşqinə çıxacaq.
 
İyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Lex" oyununa saat 20:00-da start veriləcək. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest