Bu gün final mərhələsi 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, reytinq cədvəlində 7-ci pillədə qərarlaşan və mübarizəyə əsas mərhələdən start verəcək Azərbaycan millisi 6-cı qrupda yer alıb, Polşa və Yunanıstan yığmaları ilə qarşılaşacaq.

1-ci qrup
İspaniya
Moldova
Kipr

2-ci qrup
Gürcüstan
Belçika
Avstriya

3-cü qrup
Çexiya
Bosniya və Herseqovina
Ermənistan

4-cü qrup
Portuqaliya
Belarus
Litva

5-ci qrup
Qazaxıstan
Sloveniya
Monteneqro

6-cı qrup
Azərbaycan
Polşa
Yunanıstan

7-ci qrup
Xorvatiya
Macarıstan
İsrail

8-ci qrup
Finlandiya
Rumıniya
Danimarka

9-cu qrup
Serbiya
Fransa
Norveç

10-cu qrup
İtaliya
Şimali Makedoniya
İsveç

11-ci qrup
Ukrayna
Niderland
Kosovo

12-ci qrup
Slovakiya
Latviya
Almaniya

Oyun günləri
12-21 sentyabr 2022
3-12 oktyabr 2022
6-9 noyabr 2022
27 fevral – 8 mart 2023

Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 milli birbaşa elit-raunda yüksələcək. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. 2023-cu il martın 10-da pley-off cütlükləri müəyyənləşəcək, oyunlar isə təxminən bir ay sonra – 10-19 apreldə keçiriləcək. Ev-səfər matçlarının yekununda üstün olan 4 yığma elit raunda yollanacaq.

20 komanda 5 qrupda

Elit-raundun püşkü 2023-cü il iyulun 5-də atılacaq, həmin il dekabrın 20-dək qrup matçları yekunlaşdırılacaq. 20 komanda 5 qrupda yarışacaq. Hər qrupda 4 komanda ev-səfər olmaqla mübarizə aparacaq. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” isə pley-off oyununda iştirak edəcək. Final mərhələsinə evsahibliyi Avropa ölkələrindən birinə verilsə, o zaman pley-off mərhələsinə ən yaxşı göstəriciyə malik 2 “ikinci” vəsiqə qazanacaq. Elit raundun pley-off oyunlarının püşkü 2024-cü il 25 yanvarda, oyunları isə 8-17 aprel tarixlərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest