Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında mübarizəyə start verib. Matc.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ÇL-in 1-ci təsnifat mərhələsində Polşa “Lex”i ilə qarşılaşıb.

“Köhlən atlar” “Lex”lə ilk matçını Polşada keçirib. “Qarabağ” Çempionlar Liqasında yoluna davam etmək üçün Poznandan sərfəli nəticə ilə qayıtmağa çalışıb. Ağdam komandasının son illərdə Polşa klublarına qarşı uğurlu oyunları olub. Belə ki, “Qarabağ” son illərdə Avropa Liqasında bu ölkənin “Visla”, “Pyast” və “Legiya” klublarına qarşı görüşlərin hamısında mərhələ adlayan tərəf olub. “Köhlən atlar” bu uğurlu “ənənə”nin pozulmaması üçün əllərindən gələni ediblər. Amma təəssüf ki, “Lex”lə ilk oyun Ağdam klubu üçün uğursuz alınıb. Polşa çempionu doğma meydanda minimal hesabla qalib gəlib.

“Qarabağ” “Lex”ə qarşı cavab matçını bir həftə sonra Bakıda keçirəcək.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
5 iyul

Lex – Qarabağ 1:0
Qol: M.İshak, 41.
Hakimlər: Xose Luis Munuera, Pau Sebrian Devis, Antonio Ramon Martines Moreno, Xorxe Figeroa Vaskes (hamısı İspaniya).
Polşa, Poznan.

Lex: 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşo, 6. Yesper Karlström, 9. Mikael İshak (k), 16. Antonio Miliç, 21. Mixal Skoraş, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka.
Ehtiyat oyunçular: 35. Filip Bednarek, 3. Barri Duqlas, 7. Afonso Souza, 10. Daniel Ramires, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinqot, 30. Nika Kvekveskiri, 44. Alan Çervinski, 50. Adriel Ba Loua, 90. Artur Sobiex.
Baş məşqçi: Con van den Brom.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 20. Kadi Borges, 15. Leandro Andrade, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 4. Rahil Məmmədov, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest