"Qarabağ"ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşada "Lex"lə keçirəcəyi ilk oyununa indiyədək satılmış biletlərin sayı məlum olub.

"Qarabağ"ın UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşada "Lex"lə keçirəcəyi ilk oyununa indiyədək satılmış biletlərin sayı məlum olub. Matc.az Polşa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyun üçün 22 mindən çox bilet satılıb.
 
"Lex" kassada 21 minə yaxın biletin qaldığını açıqlayıb. "Poznan" stadionu 43 min azarkeş tutumuna malikdir.
 
İyulun 5-də keçiriləcək "Lex" – "Qarabağ" matçı saat 22:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest