UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Polşanın "Lex" komandası arasında keçiriləcək cavab matçının hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA Bakıda keçiriləcək bu oyunu İngiltərədən olan hakimlər briqadasına həvalə edib.
 
Görüşün baş hakimi Endryu Medli olacaq. Ona Daniel Kuk və Harri Leonard kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Simon Huper yerinə yetirəcək.
 
Xatırladaq ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq bu qarşılaşmaya saat 20:00-da start veriləcək. Komandalar arasında ilk oyun isə iyulun 5-də Poznanda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest