Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rəhim Sadıxov "Sumqayıt"dan ayrılır. Matc.az saytının əldə etdiyi məlumata görə, 25 yaşlı futbolçu Premyer Liqanın daha iddialı klublarının diqqət mərkəzinə düşüb.
 
Belə ki, onu çempion "Qarabağ"la yanşı, "Neftçi" və "Sabah" klubları da heyətinə qatmaq istəyir. Bu keçidə görə "Sumqayıt"a çox ciddi məbləğ təklif olunur ki, buna görə futbolçunun yayda iş yerini dəyişməsi ehtimalı böyükdür.
 
Sadıxov 2019-cu ilin sentyabrından "Sumqayıt"da forma geyinir. O, bu komandadakı çıxışı sayəsində 2020-ci ildən Azərbaycan millsinə də dəvət alır. Yarımmüdafiəçi millidə 8 matça çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest