“Turan Tovuz” klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Matc.az əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasın gündəliyindəki məsələ yeni baş məşqçinin seçilməsi olub.
 
Aparılan müzakirələrdən sonra namizədlər arasından Ayxan Abbasovun klubun strategiyasına daha uyğun olduğu vurğulanıb. Artıq PRO kateqoriyalı mütəxəssislə danışıqlara başlanıb. Danışıqlar müsbət nəticə verəcəyi təqdirdə Ayxan Abbasovla müqavilə imzalanacaq. Bu haqda ictimaiyyətə rəsmi açıqlama veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest