Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyov yenidən qurumun prezidenti seçilib. Matc.az IBA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, seçim, qurumun fövqəladə konqresinin ikinci günündə baş tutub.
 
Hazırda IBA-nın İdarə Heyəti və komitələri üçün seçkilər keçirilir.
 
Umar Kremlyov IBA-ya 2020-ci ildən rəhbərlik edir. 40 yaşlı funksioner 2017-2021-ci illərdə Rusiya Boks Federasiyasının baş katibi vəzifəsində çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest