Kişilərdən ibarət cüdo üzrə milli yığma komandamız bu gün Avropa çempionatının keçirildiyi Bolqarıstanın paytaxtı Sofiyadan vətənə qayıdıb. Matc.az xəbər verir ki, Heydər Əliyev adına beynəlxalq hava limanında cüdoçularımızı mətbuat və federasiya nümayəndələr,  Gənclər və İdman nazirliyinin əməkdaşları və digər şəxslər coşqu ilə qarşılayıblar.
 
Xatırladaq ki, cüdoçularımız Avropa çempionatda biri qızıl, ikisi bürünc olmaqla 3 medal qazanıblar. Hidayət Orucov çempion olub, Rüstəm Orucov və Məmmədəli Mehdiyev isə üçüncü yerlə kifayətlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest