Portuqaliyanın Matosinhos şəhərində Karate1 Premyer Liqa turnirinə start verilib. Matc.az xəbər verir ki, Tural Ağalarzadə (-67 kq) və Fərid Ağayev (-75 kq) yarışın medalları uğrunda döyüşəcək.
 
Ağayev finala yüksəlib, Ağalarzadə isə bürünc medal görüşünə çıxacaq. Mükafatlar uğrunda həlledici görüşlər 24 apreldə keçiriləcək.
 
Yarışın ikinci günü daha 6 idmançımız mübarizəyə qatılacaq. 
 
Matosinhosda Karate1 Premyer Liqa turnirində 58 ölkədən 351 idmançı iştirak edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest