Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışını davam etdirən basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, yığmamız yerli "Vera Tbilisi" komandası ilə qarşılaşıb. Komandamız bu oyundan 67:60 hesabı ilə qalib ayrılıb.
 
Millimizin heyyətində Endar Poladxanlı -23 xal, Ələkbərov Fikrət - 19 xal, Əkbərov Cəbrayıl isə 17 xal toplayaraq, qələbədə əsas pay sahibi olublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest