Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə milli komandası 20-25 aprel aralığında Türkiyənin Antalya şəhərində keçiriləcək qran-pridə iştirak edəcək. Matc.az xəbər verir ki, komandamızın üzvləri bu gün Türkiyəyə yola düşüblər.
 
Millimiz qran-pridə 10-u kişi, 5-i qadın olmaqla ümumilikdə 15 idmançı ilə təmsil olunacaq.
 
Aprelin 20-dən 22-dək idmançılar üçün beynəlxalq həkimlərin iştirakı ilə göz tibbi təsnifatı keçiriləcək, yarışlar isə 23-25 apreldə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest