Avropanın "böyük beşlik" ölkələrində "transfer pəncərəsi" rəsmən bağlanıb. Matc.az saytının məlumatına görə, həmçinin bir çox ikinci dərəcəli ölkələrdə də klublar oyunçu keçidlərini yekunlaşdırıblar.
Ancaq dünyanın bəzi ölkələrində hələ də transfer dönəmi davam edir. Hazırda 29 ölkədə "pəncərə" açıqdı ki, onlardan 25-i Avropa təmsilçiləridi. Azərbaycan klubları da fevralın 8-nə qədər heyətlərini gücləndirə bilərlər.
"Transfer pəncərəsi" açıq olan ölkələr:
4 fevral - Səudiyyə Ərəbistanı
5 fevral - İsrail
6 fevral - Avstriya
8 fevral - Azərbaycan, Serbiya
11 fevral - Makedoniya
14 fevral - Macarıstan
15 fevral - Xorvatiya, Lixtenşteyn, İsveçrə, Sloveniya, Monteneqro
21 fevral - Slovakiya
22 fevral - İrlandiya, Rusiya, çexiya
24 fevral - Litva
25 fevral - Rumıniya
28 fevral - Bolqarıstan, Polşa, Ermənistan, çin
1 mart - Ukrayna
7 mart - Estoniya
11 mart - Latviya
15 mart - Farer adaları
29 mart - Belarus, Yaponiya
3 aprel - Braziliya