Bu gün UEFA Millətlər Liqasında IV tura yekun vurulur.
Matc.az xəbər verir ki, turun sonuncu oyun günündə 10 qarşılaşma baş tutacaq.
A Liqasının III qrupunda Xorvatiya öz meydanında İspaniyanı sınağa çəkəcək, İngiltərə isə Çexiya seçməsini qəbul edəcək.
B Liqasının I qrupunda Şotlandiya Sloveniya ilə, İsveçrə isə Şimali Makedoniya ilə qarşılaşacaq.
C Liqasının I qrupunda Belarus Finlandiyanı, Albaniya isə San-Marinonu qəbul edəcək. Bu liqanın III qrupunda Qazaxıstan Farer adaları ilə, Moldova isə Slovakiya ilə üz-üzə gələcək.
Nəhayət, IV qrupda Estoniya İslandiyanın, Lüksemburq isə Bolqarıstanın müqavimətini qırmağa çalışacaq.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, IV tur
6 oktyabr
A Liqası, III Qrup
21:45. Xorvatiya – İspaniya
21:45. İngiltərə – Çexiya
B Liqası, I Qrup
21:45. Şotlandiya – Sloveniya
21:45. İsveçrə – Şimali Makedoniya
C Liqası, I Qrup
21:45. Belarus – Finlandiya
21:45. Albaniya – San-Marino
C Liqası, III Qrup
17:00. Qazaxıstan – Farer adaları
21:45. Moldova – Slovakiya
C Liqası, IV Qrup
21:45. Estoniya – İslandiya
21:45. Lüksemburq – Bolqarıstan













