Müstəqil komissiya tərəfindən maliyyə qaydalarını 100 bənd üzrə pozmaqda ittiham olunan "Mançester Siti"nin işi ilə bağlı İngiltərə Premyer Liqası klublarının mövqeyini açıqlanıb.
Matc.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Sky Sports" nəşri məlumat yayıb.
Bildirilir ki, Klublar "Mançester Siti"nin növbəti mövsümdə Premyer Liqada qalacağını gözləmirlər. Turnir iştirakçılarının öz maraqlarını düşünməsi tamamilə təbiidir və hamı razıdır ki, statusundan asılı olmayaraq, qaydalara bütün klublar əməl etməlidir.
Uzun illər ərzində yol verilən pozuntulara görə "Mançester Siti"ni yalnız bir mövsümlük cəzalandırmaq kifayət deyil. "Mançester Siti"nin ittihamların üzərindən götürülməsinə nail olmaq üçün işi ali məhkəmələrə qədər apara biləcəyi fonunda, rəqib klublar yarışın imicinə və bütövlüyünə dəyən ziyandan, həmçinin mançesterlilərin öz hərəkətlərinə görə məsuliyyəti üzərinə götürməməsindən getdikcə daha çox narahat olduqları qeyd edilir.













