05 Oktyabr 2026, 20:41
FUTBOL
"Arsenal" Deklan Raysın müqaviləsinin uzadılması ilə bağlı aparılan danışıqlarda ciddi irəliləyiş əldə edib.
Matc.az xəbər verir ki, bu barədə "Caughtoffside" nəşri məlumat yayıb.
Bildirilir ki, Raysla hələlik tam razılıq əldə olunmasa da, hər iki tərəf yaxın vaxtlarda yeni müqavilənin imzalanacağına nikbin yanaşır.
Eyni zamanda Martin Edeqor, Kay Haverts və David Rayanın gələcəyi də hələ ki qeyri-müəyyən olaraq qalır. Hər üç futbolçunun London klubu ilə hazırkı sözləşməsi 2028-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Deklan Rays bu mövsüm "Arsenal"ın heyətində bütün turnirlərdə ümumilikdə 7 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.













