06 Oktyabr 2026, 11:42
FUTBOL
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti sınağına çıxır.
Matc.az xəbər verir ki, Rəşad Eyyubovin rəhbərlik etdiyi kollektiv doğma meydanda Cəbəllütariq ilə üz-üzə gələcək.
"Əlincə Arena"da keçiriləcək görüşü Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşma saat 17:45-də başlanacaq.
Qeyd edək ki, Azərbaycan millisi 6 komandanın yer aldığı B qrupunda 9 oyundan sonra 7 xalla 5-cidir.
AVRO-2027, U-21
B qrupu, X tur
6 oktyabr
17:45. Azərbaycan - Cəbəllütariq
Baş hakim: Yasmin Sabotiç
"Əlincə Arena"













