"Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhenin zədədən sonra yaşıl meydanlara necə qayıdacağı maraq doğurur. Milli fasilənin başa çatması ilə başlayacaq çətin marafon öncəsi nigeriyalı forvardın durumu diqqət mərkəzindədir.

Matc.az xəbər verir ki, Osimhenin "Kasımpaşa" ilə oyunda forma geyinib-geyinməyəcəyi qeyri-müəyyən olaraq qalır. "Sarı-kırmızılılar"ın ulduz hücumçusunun əsas hədəfinin isə Çempionlar Liqasındakı "Barselona" qarşılaşması olduğu qeyd edilir.

Baş məşqçi Okan Buruk və klubun həkim heyəti futbolçunun sağlamlığını təhlükəyə atmamaq qərarına gəliblər. 26 yaşlı forvardın sentyabr ayından etibarən "Qalatasaray"ın heyətində nümayiş etdirdiyi oyun onun komanda üçün nə dərəcədə əhəmiyyətli olduğunu sübut edib

Qeyd edək ki, zədəsini tam bərpa etməyə çalışan Viktor Osimhen bu mövsüm İstanbul təmsilçisinin forması ilə meydana çıxdığı 4 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalaraq ümumilikdə 8 qola birbaşa töhfə verib.

Hazırda Türkiyə Superliqasında çempionluq yarışını davam etdirən "Qalatasaray", UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk oyununda məğlub olsa da, oktyabrın 13-də "RAMS Park"da İspaniya nəhəngi "Barselona" ilə qarşılaşmada ilk xallarını qazanmağı hədəfləyir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest