Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində keçiriləcək "Neftçi" – "Sabah" matçına azarkeş marağı böyükdür.
Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində keçiriləcək "Neftçi" – "Sabah" matçına azarkeş marağı böyükdür.
Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bu gün klub tərəfindən daha bir sektor üzrə onlayn bilet satışına start verilib. Azarkeşlər artıq "Banişevski üst" sektoruna olan biletləri 3 AZN-ə əldə edə bilərlər. İlkin mərhələdə satışa çıxarılan "Qərb 2" sektoru üçün qiymət 2 AZN, "Banişevski alt" sektoru üçün 3 AZN, "VIP Silver 1", "VIP Silver 2" və "VIP Family" sektorları üçün isə 15 AZN olaraq müəyyənləşib.
Növbəti mərhələdə digər sektorlara giriş hüququ verən biletlər də mərhələli şəkildə azarkeşlərə təqdim olunacaq. "Qərb 1", "Forza", "Şərq 1" və "Şərq 2" sektorlarının biletləri 2 AZN-ə, "Şimal 1" və "Şimal 2" sektorları 3 AZN-ə, "VIP Gold" biletləri isə 20 AZN-ə satışa çıxarılacaq. Bununla bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, biletləri klubun mobil tətbiqindən və rəsmi onlayn platformasından əldə etmək mümkündür. Stadionun kassalarında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışa çıxarılacaq.
Oktyabrın 9-da "Palms Sports Arena"da baş tutacaq paytaxt derbisi saat 19:30-da start götürəcək.













