"Monako"nun və ABŞ millisinin hücumçusu Folarin Baloqun yay "transfer pəncərəsi"nin son günündə İngiltərə Premyer Liqasına keçidinin baş tutmamasından danışıb və gələcəkdə dumanlı albiona yollanmaq planlarını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə "talkSPORT" idman nəşri məlumat yayıb.

Bildirilir ki, avqustun sonunda "Everton" "Arsenal"ın yetirməsi olan futbolçunun tibbi müayinədən keçməsindən sonra bu transferdən imtina edib. Baloqun gələcəkdə İngiltərə çempionatına qayıtmaq istəyi ilə bağlı bunları deyib:

"Gələcəkdə Premyer Liqaya qayıtmaq istəyərəm? Bəli, bu, mümkündür. Futbolda gözlənilməz dönüşlər çox olur, biz buna dünya çempionatından sonra da əmin olduq. Keçidə çox yaxın idim, amma baş tutmadı. Lakin gələcəkdə bu transferin reallaşması tamamilə mümkündür.

Mövsümün başlanğıcı uğurlu alındı. Son üç mövsümə də yaxşı start vermişik, ona görə də məncə, əsas məsələ mövsümü necə bitirəcəyimizdir. Hazırda addım-addım irəliləyirik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest