"Qalatasaray"da milli fasilədən sonra başlayacaq çətin və sıx oyun qrafiki baş məşqçi Okan Buruku hərəkətə keçirib.

Matc.az xəbər verir ki, milli komandalara gedən 14 futbolçu səbəbindən istədiyi məşq mühitini təmin edə bilməyən təcrübəli mütəxəssis, fasilədən sonra tətbiq edilmək üzrə önəmli qərarlar qəbul edib.

Növbəti milli fasiləyə qədər intizamı maksimum dərəcədə artırmağı hədəfləyən Okan Buruk, oktyabrın 9-da "Kasımpaşa" ilə keçiriləcək matçla başlayacaq gərgin dövrdə həm çempionat, həm də Çempionlar Liqası oyunları üçün xüsusi tədbirlər görəcək və oyunçularından qaydalara ciddi şəkildə əməl etmələrini tələb edəcək.

Bu çərçivədə ilk növbədə istirahət günlərini məhdudlaşdıracaq təcrübəli məşqçi, futbolçulardan bazada daha çox vaxt keçirmələrini istəyəcək.

Bundan əlavə, oyunçuların sosial şəbəkə paylaşımlarına diqqət yetirmələri tələb olunacaq və Kemerburqaz bazasına kənar şəxslərin gəlməsinə icazə verilməyəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest