"Bu toplanış bizi daha da birləşdirdi və onu müsbət nəticə ilə başa vurmaq üçün əlimizdən gələni edəcəyik".
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığması ilə keçiriləcək qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, baş məşqçi komandanın toplanışdakı hazırlığından və futbolçuların yanaşmasından razı olduğunu deyib:
"Bizi bu tsiklin son oyunu gözləyir və bu matçda müsbət nəticə əldə etmək istəyirik. Futbolçularımızdan, onların enerjisindən, inkişaf etmək istəyindən və milli komandaya faydalı olmaq həvəsindən çox razıyam. Bu toplanış bizi daha da birləşdirdi və onu müsbət nəticə ilə başa vurmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, oktyabrın 6-da "Əlincə Arena"da keçiriləcək Azərbaycan (U-21) – Cəbəllütariq (U-21) oyunu Bakı vaxtı ilə saat 17:45-də başlanacaq. Qarşılaşma "İdman TV" kanalı vasitəsilə canlı yayımlanacaq.













