Futzal üzrə AÇ-2022-nin final mərhələsində iştirak edəcək 16 komandadan dördü – Finlandiya, Bosniya və Herseqovina, Slovakiya və Gürcüstan debütantdır. Matc.az xəbər verir ki, qalan 12 milli müxtəlif illərdə qitə birinciliyinin final mərhələsində iştirak edib.
 
Təbii ki, ən çox çempionluq sevincini isə İspaniya millisi yaşayıb – 7 dəfə. İtaliya 2, Rusiya və Portuqaliya hərəyə bir dəfə çempionluq kubokunu başı üzərinə qaldırıb. Milli komandamız AÇ-nin final mərhələsində 2010-cu ildən iştirak etməyə başlayıb. Biz də həmin qitə birinciliyindən başlayaraq son beş AÇ-nin final mərhələsində iştirak etmiş komandaların qazandıqları xalları hesabladıq və buna uyğun bir turnir cədvəli düzəltdik. Millimiz indiyə qədər final mərhələsində 15 oyun keçirib. Bu matçların 6-da qələbə qazanan komandamız 18 xal toplayıb. Serbiya da millimiz qədər xal toplayıb, lakin onlar 2 oyun az keçirib.
 
Siyahıya isə İspaniya başçılıq edir. Bu komanda son 5 qitə birinciliyində digər komandalardan daha çox oyun keçirib. Daha doğrusu, bütün mərhələlərdə iştirak edib.
 
1. İspaniya - 25 oyun (65 xal)
2. Rusiya – 23 (41)
3. Portuqaliya – 21 (38)
4. İtaliya – 18 (35)
5. Serbiya – 13 (18)
6. Azərbaycan – 13 (18)
7. Qazaxıstan – 10 (16)
8. Ukrayna – 14 (16)
9. Xorvatiya – 10 (12)
10. Sloveniya – 12 (7)
11. Polşa – 2 (1)
12. Niderland – 2 (0)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest