İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.
 
İspan mütəxəssislə yanaşı, onun köməkçisi Xuan Manuel Lilyonun da koronavirus testi pozitiv çıxıb. Hər iki mütəxəssis yanvarın 7-də ölkə kuboku çərçivəsində baş tutacaq "Suindon Taun"la oyunda texniki zonada yer ala bilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest