"Barselona"nın yarımmüdafiəçisi Serxi Roberto əməliyyat olunacaq. Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Klub 29 yaşlı futbolçunun yaxın günlərdə Finlandiyada cərrahiyyə əməliyyatına məruz qalacağını açıqlayıb.
 
Son oyunları zədə səbəbindən buraxmaq məcburiyyətində qalan Serxi Roberto, bu mövsüm "Barselona"nın 12 matçında meydanda olub. İspaniyalı futbolçu bu görüşlərdə iki qol da vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest