“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasında PSJ-yə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, Paris təmsilçisinin ulduz futbolçusu Lionel Messi haqda danışıb:
 
“Bəzən top Messiyə gələndə nə edəcəyini bilmirsiz. Bəzən heç özü də bunu bilmir. Messinin hələ bu səviyyədə çıxış etməsi məni xoşbəxt edir. Bundan başqa, PSJ-nin hər hücumçusu dünyanın ən yaxşı komandasında oynaya biləcək gücdədir. PSJ-də isə eyni anda 4-ü də oynayır”.
 
Qvardiola “Mançester Yunayted”də çıxış edən Kriştiano Ronaldodan da söz açıb:
 
“Messi və Ronaldonun etdiklərini təkrarlamaq mümkünsüzdür. Buna oxşar bir şey görə bilərik, amma kiminsə bu səviyyəyə çatacağını düşünmürəm. Onlar kimi futbolçu tapmaq hardasa mümkünsüz bir şeydir”.
 
Bu gün keçiriləcək “Mançester Siti” – PSJ matçı saat 00:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest