“Barselona”nın futbolçusu Ansu Fati yenidən zədələnib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
La Liqanın 10-cu turunun “Real”la matçında (1:2) zədələnən 19 yaşlı hücumçunun bərpa müddəti açıqlanmayıb.
 
Fati ötən ilin noyabrında zədələnmiş və bu ilin oktyabrında yaşıl meydanlara qayıtmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest