14 sentyabr tarixində “Su İdmanı Sarayı”nda qadınlar arasında çimərlik voleybolu üzrə açıq Azərbaycan Çempionatı keçirilib. Matc.az xəbər verir ki, “Su İdmanı Sarayı”nın, “Azərbaycan Voleybol Federasiyası”nın təşkilatçılığı və “Bella” şirkətinin sponsorluğu ilə keçirilən yarışda 8 cütlük mübarizə aparıb.
 
Həmin gün çempionatın final mərhələsi və mükafatlandırma mərasimi də olub. Mükafatlandırma mərasimində Su İdman Sarayının rəhbəri Elçin Həsənov, Azərbaycan Voleybol Federasiyasının Baş koordinatoru Zöhrab Gözəlbəyli iştirak ediblər və qalib gələn cütlüklərə kubok, medal, diplom və hədiyyələr  təqdim ediblər. 
 
I yer: Yuliya Jernova – Alina Aslan
 
II yer: Nərminə Musayeva - Fidan Əhmədxanova
 
III yer: Əliyeva İlhamə - Qafarova Səmra

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest