İtaliyanın "Kalyari" klubunda baş məşqçi təyinatı gerçəkləşib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisinin "sükan"ı Valter Matsariyə tapşırılıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Matsari ilə 3 illik müqavilə imzalanıb.
 
60 yaşlı mütəxəssis bu vəzifədə bir müddət əvvəl istefaya göndərilən Leonardo Sempliçini əvəzləyib.
 
Matsari daha əvvəl İtaliyada "İnter", "Napoli", "Sampdoriya" və "Torino"da baş məşqçilik edib.
 
"Kalyari" A Seriyasında 3 turdan sonra 1 xalla 17-ci sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest