Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən klublar da növbəti matçlarına çıxıblar.

Əvvəlcə “Keşlə” doğma meydanda Rusiyanın “Soçi”, “Sumqayıt” isə Serbiyanın “Çukariçki” komandası ilə münasibətlərinə aydınlıq gətirib. Rusiyadakı ilk oyunda darmadağına üzülən Bakı klubunun mərhələ keçmək şansları çox az idi. Amma Serbiyadan sərfəli nəticə ilə dönən Sumqayıt təmsilçisinə, istənilən hesablı qələbə bəs edirdi. Təəssüf ki, hər iki klubumuz doğma meydanda məğlub olmaqla mübarizəni dayandırıb.

“Qarabağ” isə İsrail “Aşdod”u ilə səfərdə qarşılaşıb. Ağdam təmsilçisi də ilk oyunda bu rəqibi ilə qolsuz heç-heçəyə razılaşdığından, bu dəfə mütləq qələbə qazanmalı idi. Qurban Qurbanovun komandası bu vəzifənin öhdəsindən gəlib və növbəti mərhələyə yüksəlib.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
29 iyul

Keşlə – Soçi 2:4
Qol: F.Santos, 35. R.Hacıyev, 52 – M.Duqandjiç, 21; 82. N.Burmistrov, 38. T.Marqasov, 70.
Baş hakim: Viktor Şimusik (Belarus).
Bakı. “ASK Arena”
İlk oyun – 0:3.

Keşlə: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov, 3. Tərlan Quliyev (k), 4. Şəhriyar Əliyev, 7. Rəhman Hacıyev, 10. Felipe Santos, 17. Omar Qudiabi, 19. Azər Salahlı, 21. Miyuşko Boyoviç, 72. Aldair Neto, 77. Merab Giqauri.
Ehtiyat oyunçular: 27. Əkbər Vəliyev, 85. Kamal Bayramov, 5. Kərim Diniyev, 8. Tural Axundov, 14. Turan Vəlizadə, 18. Ruslan Əmircanov, 22. Elçin Mustafayev, 29. Amil Yunanov, 50. Samir Abdullayev, 99. Rafael Məhərrəmli.
Baş məşqçi: Sənan Qurbanov.

Soçi: 12. Nikolay Zabolotnı, 5. Rodriqao, 7. Dmitri Vorobyev, 9. Marko Duqandjiç, 13. Sergey Terexov, 15. İbrahim Tsallaqov (k), 18. Nikita Burmistrov, 19. Bekanti Viktorien Anqban, 20. İqor Yurqanov, 34. Timofey Marqasov, 87. Danila Proxin.
Ehtiyat oyunçular: 1. Denis Adamov, 4. Mateo Baraç, 10. Maksim Barsov, 17. Maksim Kolmakov, 24. Emanuel Mammana, 27. Kiril Zayka.
Baş məşqçi: Vladimir Fedotov.

Sumqayıt – Çukariçki 0:2
Qol: İ.Ndiaye, 10. M.Doçiç, 16-pen.
Baş hakim: Yorgen Burhardt (Danimarka).
Sumqayıt. “Kapital Bank Arena”
İlk oyun – 0:0.

Sumqayıt: 13. Aydın Bayramov, 4. Höccət Haqverdi, 5. Cəmaləddin Xocaniyazov, 6. Vüqar Mustafayev (k), 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 10. Rəhim Sadıxov, 11. Rüfət Abdullazadə, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 2. Dmitri Nağıyev, 3. Vurğun Hüseynov, 8. Səbuhi Abdullazadə, 19. Xəzər Mahmudov, 20. Roman Hüseynov, 33. Eltun Turabov, 37. Nicat Əliyev, 74. Yusif Nəbiyev.
Baş məşqçi: Ayxan Abbasov.

Çukariçki: 12. Corce Petroviç, 5. Marko Doçiç (k), 6. Miladin Stevanoviç, 9. Corce Yovanoviç, 19. Strahinya Tanasiyeviç, 20. Asmir Kayeviç, 22. Srcan Miyailoviç, 65. Stefan Şapiç, 70. Aleksa Yankoviç, 72. İbrahima Ndiaye, 86. Boyan Roqanoviç.
Ehtiyat oyunçular: 1. Nemanya Beliç, 2. Viktor Roqan, 3. Nemanya Toşiç, 7. Marko Rakonyaç, 11. Norman Kempbell, 14. Mitar Erqelaş, 23. Stefan Çoloviç, 26. Uroş Drezgiç, 27. Milan Saviç, 77. Stefan Kovaç, 80. Nikola Çoliç, 88. Yovan Lukiç.
Məşqçi: Pavle Delibaşiç.

Aşdod – Qarabağ 0:1
Qol: F.Ozobiç, 6.
Baş hakim: Novak Simoviç (Serbiya).
Aşdod. “Jabotinski” stadionu.
İlk oyun – 0:0.

Aşdod: 1. Yoav Jarafi, 3. Gil Kohen, 5. Nenad Çvetkoviç, 6. Feras Abu Akal, 10. Mussa Baqayoko, 13. Montari Kamaheni, 15. Tom Ben Zaken (k), 23. Martin Rainov, 26. Abdul Muqesse Zakariya, 77. Yakov Brihon, 99. Oz Bilevi.
Ehtiyat oyunçular: 90. Roi Mişpati, 9. Şalev Haroş, 11. Lior Einbrom, 12. Bar Netanel, 14. Yoni Sisay, 16. Zohar Zasano, 17. Stav Yizhaq Toriel, 18. Guy Dahan, 30. Navaf Bzeya, 55. Naor Sabaq, 66. Nir Migel Hassan.
Baş məşqçi: Ran Ben Şimon.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 27. Tural Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 18. İsmayıl İbrahimli, 20. Kadi Malinovski, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest